Ermənistan və Rusiya arasında münasibətlər köklü dəyişikliklərə ehtiyac duyur. Lakin bu proses iki ölkə arasında əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxarmamalıdır.
"Sputnik Ermənistan" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan APRI Forum 2026 çərçivəsində çıxışı zamanı bildirib.
“Ermənistan və Rusiya arasında münasibətlər dəyişməlidir, lakin bu, əlaqələrin kəsilməsinə səbəb olmamalıdır”, – deyə Xandanyan vurğulayıb.
Onun sözlərinə görə, Rusiya artıq Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu oynaya bilməz.
Xandanyan bildirib ki, iki ölkə arasında münasibətlər yeni reallıqlara uyğunlaşdırılmalıdır. Bununla yanaşı, Ermənistan Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
O, Moskva və İrəvanın mövcud problemləri danışıqlar yolu ilə həll etməyə çalışacağını qeyd edib.

