Bakı-Quba yolundakı dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
Denmedia.az-a açıqlama verən FHN-nin idarə rəisi Toğrul Mehdiyev bildirib ki, hadisə yük TIR markalı yük maşının sürücüsünün idarəetməni itirirməsi səbəbindən qeydə alınıb.
Belə ki, magistral yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Nəticədə minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub,
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Ellada Rəsul
Denmedia.az

