26 
may
2023
09:34
431

Göygöldə selin apardığı iki nəfərin görüntüləri yayıldı...

26 may, 2023
09:34
431

Göygöldə selin apardığı iki nəfərin görüntüləri yayıldı... - FOTO VİDEO



Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.

Den.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları baş çatıb.

Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim ediblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir”.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar