Sumqayıtda ağacların kütləvi kəsildiyi iddia olunur. Şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət parkında ağacların kəsimi sakinlərin narazılığına səbəb olub.
Şəhər sakinlərinin “Denemedia.az”-a verdiyi məlumata görə, ərazidə xeyli ağac kəsilib. Onlar bildiriblər ki, bu hal yaşıllığın məhv edilməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olur.
Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi Könül Abbasova bildirilib ki, sözügedən ərazidə aparılan işlər tam qanuni əsaslarla həyata keçirilir. Onun sözlərinə görə, yalnız köhnəlmiş, quru və insan həyatı üçün təhlükə yarada biləcək ağaclar götürülüb. Eyni zamanda, mövsüm vaxtı ərazidə yeni yaşıllıqların salınacaq və əlavə ağaclar əkiləcək.
Qurum nümayəndələri sakinləri əmin ediblər ki, parkın yaşıllıq örtüyünün qorunması prioritet məsələlərdən biridir və burada yalnız abadlıq məqsədilə işlər görülür.
Ellada Rəsul