Səidə Bəkirqızı Mediatürk.TV-dən Niyə Ayrılıb?
Bir müddətdir müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan teleaparıcısı Səidə Bəkirqızı barədə xəbərlər yayılıb. Bildirilir ki, jurnalist məhz bu səbəbdən işdən çıxarılıb. Ancaq əslində bu belə deyilmiş.
Səidə Bəkirqızı DenMedia.az-a aşıqlamasında bildirib ki, Mediatürk.TV-dən ayrılması ilə bağlı xəbəri təsdiqləyib və hələ avqust ayında işdən çıxması ilə bağlı rəsmi ərizə yazdığını bildirib. Məsələnin söylədiyi fikirlərlə əlaqəli olmadığını vurğulayan jurnalist “Space” televiziya kanalında işə başladığını deyib.
Ellada Rəsul
DenMedia.az

