“Mən və yoldaşım haqda yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu sözləri globalinfo.az-a açıqlamasında Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun həyat yoldaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Nərmin Seyidova deyib.
O, adıçəkilən qurumdan könüllü şəkildə ayrıldığını bildirib:
“İyun ayının 8-də rəsmi olaraq öz istəyimlə işdən ayrılmışam. Başqa bir sahəyə gedirəm. Yeni iş yerimlə bağlı yaxın günlərdə məlumat verəcəyəm. Yayılan xəbərlər yanlışdır. Bunu insanlara kimin necə çatdırdığını bilmirəm. Yoldaşımın döyülməsi ilə yayılan xəbərlər də şayiədir. Hər şey qaydasındadır”.
Qeyd edək ki, ötən gün Neftçalanın icra başçısı M.Seyidovun döyüldüyü xəbəri yayılıb. Bundan sonra onun xanımının da işdən ayrıldığı bildirilib.
İcra başçısının xanımı niyə işdən çıxıb? - Özü danışdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.