may
2024
17:47
136

ŞƏHİD ANASI: Təsəllimizi şəkillərində tapırıq-VİDEO

5 may, 2024
17:47
136

ŞƏHİD ANASI: Təsəllimizi şəkillərində tapırıq-VİDEO

O, Vətəninə bağlı olan bir gizir, həm də gözəl ailə başçısı kimi xatırlanır. Şəhid Ramil Rəhimovun anası Gülhava Rəhimova deyir ki, onun şəhid olduğu xəbərini ilk dəfə sosial şəbəkədə görüb.  Bu gün isə onun haqqında deməyə çox sözümüz var. İllər öncə təhsil aıdlğı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə  öz müəllim bacısı Ülviyyə Kərimovanın da dərs dediyi 3ə sinfinə Ramilin adının verilməsi, ananı olduqca qürurlandırıb. Təsəllimiz ancaq şəkillərdir , deyir şəhid anası...
 
Keçirilən açılış mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, şəhid anaları və məktəbin şagirdləri iştirak edib. Şagirdlər, Vətənə, şəhidlərə həsr etdikləri şeirlərini səsləndiriblər.
 
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ramil Rəhimov 1992-ci il yanvarın 1-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Elə uşaq vaxtlarından hər kəsin sevgisini qazanmağı bacarıb. Öz istəyi ilə hərbçi olan Rəhimov bir müddət Sərhəd Qoşunlarında sonra isə Daxili Qoşunlarda xidmət edib. Vəzifə borcunu yerinə yetirmək üçün ailəsindən gizli sentyabrın 3-də Ağdərəyə yollanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı erməni təxribatının qarşısını alarkan qolundan yaralansa da, geri çəkilmir. Xəsarət alan əsgər yoldaşını xilas etmək istəyəndə düşmən gülləsinə tuş gəlir.
   
Ramilin özündən sonra iki qız övladı əmanət qalıb. 2023-cü ilin Sentyabrın 20-də Antiterror əməliyyatı zamanı şəhidlik məqamına yüksələn Ramil Rəhimov 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" medalı və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni ilə təltif olunub.

 
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar