Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106 ili tamam olur.
Den.az xəbər verir ki, bu münasibətlə Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şura tərəfindən silsilə tədbirlər keçirilir.
Abşeron rayonu Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə, şəhid anaları və ailə üzvləri, qazilər , Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, eləcədə təhsil müəssisəsinin pedeqoji kollektiv iştirak edib.
Əvvəlcə sözü gedən təhsil müəssisəsinin rəhbəri Almaz Hüseynova tədbir iştirakçılarını
təbrik edərək dövlətçilik tariximizin bünövrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb. Qeyd edib ki, 28 may 1918-ci ildə müsəlman Şərqində yaranan ilk demokratik dövlət olan AXC cəmi 23 ay yaşamasına baxmayaraq, milli tariximizdə müstəsna yer tutur.
Daha sonra Şəhid General Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərək bildirdi ki, “İkinci dəfə müstəqillik qazanan Azərbaycan Respublikasının bünövrəsi məhz həmin dövrün ideyaları üzərində qurulub. Müstəqilliyimiz dövründə ağrılı-acılı, kədərli günlərimiz olsa da, Azərbaycan regionun güclü dövlətinə çevrilməyi bacardı. Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı. Ümummilli Liderin həm genetik, həm də siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünya arenasında haqlı nüfuz qazanıb.
Abşeron rayon İcra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyini, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu ideyaların ən yüksək səviyyədə inkişaf etdirildiyini vurğulayıb.
Tədbirdə 44 Günlük Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova şıxış edərək bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti, dünya azərbaycanlıları Vətəni ilə qürur duyurlar. Artıq üçrəngli şanlı bayrağımız işğaldan azad olunmuş ərazilərdə, orda olan hər bir yüksəklikdə qürurla dalğalanır. Hazırda bu torpaqlarımızda Böyük Qayıdış – genişmiqyaslı quruculuq bərpa işləri aparılır. Şuşada beynəlxalq tədbirlər, forumlar, festivallar keçirilir.
Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və bayrağımız daim zirvələrə yüksələcək! Yaşasın Azərbaycan!”, - deyə Xatirə ismayılova vurğulayıb.
Tədbirdə digər çıxış edənlərdə mövzu ətrafında öz fikirlərini səsləndiriblər. Keçirilən tədbirdə məktəblilər respublikamızın müstəqilliyini və ətazi bütövlüyünü əks etdirən mövzularda mahnılar oxuyub, tamaşalar təşkil ediblər. Tamaşalardan biri 1b sinifinin şagirdləri tərəfindən şəhid general Polad Həşimova ithaf edilib. Sonda istedadlı şagirdlər tərəfindən Xudayar təsnifi səsləndirilib.
Qeyd edək ki, tədbir Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın təşkilatçılığı ilə təşkil edilib.
Şəhid anaları qarşısında səsləndirilən bu ifa hər kəsi duyğulandırdı-VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.