Vətən müharibəsində qanı bahasına əbədiyyət qazanan şəhidlərimizdən biri də, 3 qat dünya çempionu, şəhid İlkin Məmmədovdu. Əslən Füzulidən olan şəhidimiz iki dəfə yaralansa da, yenidən döyüşərək Şuşada tarix yazıb. Bu gün hər kəs onun qəhrəmanlığından danışır. Elə bir vaxtlar təhsil aldığı Abşeron rayonun Saray qəsəbə 2 nömrəli tam orta məktəbin pedeqoji kollektivi də şəhidin mövludunda bir araya gəldi.
Den.az xəbər verir ki, şəhid valideynlərinin iştirak etdiyi tədbirdə məktəbin 2 E və 4 K sinfinin şagirdləri İlkin Məmmədovun qəhrəmanlıq səlnaməsinə nəzər saldılar.
Bildirildi ki, Sentiyabrın 27-dən vətən müharibəsi başlayan kimi, düşünmədən savaşa yollandı İlkin... Füzuli rayonundan başlayaraq Şuşaya qədər döyüş yolu keçdi. 2 dəfə yaralanmasına baxmayaraq yenidən döyüş yoldaşların yanına qayıdaraq şəhidlik zirvəsinə ucaldı Abşeron rayon sakini, Albaqut döyüş sənəti üzərə 3 qat Dünya çempionu İlkin Məmmədov.
Atası Abdulla Məmmədov deyir ki, o vətən üçün igid oğul yetişdirib. 1-ci Qarabağ müharibəsində onun edə bilmədiyini şəhid oğlu İlkin edib. Digər şəhid valideynləri də vətən uğrundan canından keçən şəhidlərimdən ətraflı bəhs etdilər. Abşeron rayon İcra hakimiyyəti yanında İctimai Şuranın sədri ,şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirdi ki, minlərlə igid qəhrəmanlarımız 44 günlük müharibədə bir tarix yazıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları uğurla icra edilib. Bu oğulların etdikləri hər kəs üçün bir qürur mənbəyidir.
Daha sonra Dəmir Yumruq Alfa A cəmiyyətinin sədri Ülviyyə Əsədova və digərləri çıxış edərək, şəhid İlkin Məmmədovun 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlığından geniş söhbət açdılar.
Şagirdlərin göstərdikləri kompazisiyalar, ifa etdikləri mahnılar hər kəsi göz yaşına boğdu.
Məlumat üçün bildirək ki, İlkin Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra bir sıra medallarla təltif edilib.
Şagirdin duyğusal çıxışı hər kəsi göz yaşına boğdu...FOTO/VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.