23 
iyn
2023
12:45
619

Azərbaycanda icra başçısını döydülər - ŞOK HADİSƏ (FOTO)

23 iyn, 2023
12:45
619

Azərbaycanda icra başçısını döydülər - ŞOK HADİSƏ (FOTO)

Neftçala icra başçısı Mirhəsən Seyidovun sakinlər tərəfindən döyüldüyü bildirilir.

Den.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir yazıb.
O, bunları qeyd edib: "Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü bildirilir. İşsizlikdən əziyyət çəkdiyini deyən Zaur adlı kənd sakininin "İnsanlar acından ölür, siz fotosessiya etməklə məşğul olursunuz" deyərək başçıya kəllə atdığı deyilir".

Qeyd edək ki, Sfera.az məlumatı dəqiqləşdirmək üçün Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Dövlət qurumu yayılan məlumatları təsdiqləməyib.

“Elə bir şey yoxdur. Hazırda hamı tədbirdədir”, - icra hakimiyyətinin əməkdaşı bildirib.

649556c0c1f24202306232432

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar