26 
iyn
2023
13:52
227

Kür çayına növbəti dəfə balıq körpələri buraxılıb

26 iyn, 2023
13:52
227

Kür çayına növbəti dəfə balıq körpələri buraxılıb -FOTO

Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti dəfə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.

Bu barədə "Den.az"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin və ekokönüllülərin  iştirakı ilə Neftçala rayonunda yerləşən "Xıllı balıq" MMC-də yetişdirilən 600 000 ədəd nərəcinsli balıq körpəsi, o cümlədən adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı"na daxil edilən 10 000 ədəd kələmo balığı Kür çayına buraxılıb.

Xidmət rəsmisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.





Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar