"Azərbaycanlıları öz musiqimizə yiyə durmağa çağırıram. Bizim çox gözəl musiqilərimiz var. Mən Əqli Mülkiyyət Agentliyinin müəllif hüquqlarının məsləhətçisiyəm. Mərhum müğənnimiz Şövkət Ələkbərovanın oxuduğu bir çox mahnıları ermənilər mənimsəyiblər. "Çırpınırdı Qara dəniz" mahnısını Avraam Russo erməni dilində ifa edib. Ermənilər bizim yüzlərlə mahnılarımızı oğurlayıb ifa edirlər".
Den.az bildirir ki, bu sözləri Xalq artisti, bəstəkar Faiq Sücəddinov qonaq olduğu "İncə səhər" verilişində deyib.
Sənətkar ermənilərin yüzlərlə mahnılarımızı öz adlarına çıxararaq oxumaqlarından söz açıb:
"Ermənilər indi yazılan deyil Azərbaycanın xalq və bəstəkar mahnılarını öz adlarına çıxarıb, oxuyurlar. Yunanıstanda olarkən eşitdim ki, ermənilər yenə bizim mahnımızı erməni dilində oxuyurlar. Yaxınlaşıb dedim ki, bu bəstə Tofiq Quliyevindir. Ermənilər bunu eşidib başladılar qışqırıb, həyasızlıq salmağa. Mahnılara yiyə çıxmaq lazımdır. Deməyəndə ki, bu mənimdir onu götürüb aparırlar. Buna görə də diqqətli olmaq lazımdır. Bizim mahnıları təkcə ermənilər deyil, gürcülər, yəhudilər də toylarda ifa edirlər. Onlara demək lazımdır ki, bu bizim mahnımızdır. Biz bunlardan agah olmalıyıq ki, bu bizim sərvətimizdir".
Xalq artisti: “Ermənilər bunu eşidib həyasızlıq saldılar”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.