Xəbər verdiyimiz kimi müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda "German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində onun səhhətində ciddi problemlər yaranıb:
"Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.
Bitməyən şikəyətlər
Nəzərə alaq ki, "German Hospital”dan ilk şikayət edən Roza Zərgərli deyil. Son vaxtlar bu tibbi mərkəzindən çoxsaylı şikayətlər olur. Onlardan bir çoxu yerli media tərəfindən də işıqlandırılıb.
Məsələn Yusif Sadiyev adlı vətəndaş 2018-ci ildə, "German Hospital”da əkiz uşaqlarının dünyaya gəldiyini deyib:
"Hospitaldan doğulan uşaqların yaxşı olduğunu bildirdilər. Lakin, bizə heç bir rəsmi analizin cavabı göstərilmədi. 3 gün sonra isə həkimlər bizə bildirdilər ki, uşaqlardan biri ölü doğulub”.
Başqa bir şikayətçi, paytaxt sakini Türkan Bayramova ötən ilin aprelində yerli mətbuata bildirib ki, "German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub:
Digər bir şikayətçi isə Vüsal Zeynalovdur. O, iyunun 25-də "German Hospital”ın qarşısında canlı yayım açaraq göz görə-görə həyat yoldaşını bu hospitalda ölümə sürükləndiyini deyib.
"German Hospital” kimə məxsusdur?
Araşdırmalar nəticəsində bəlli olub ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Araşdırma zamanı onu müəyyənləşib ki, bu şirkətin külli miqdarda vergi borcu var.
Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.
Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, borcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.
Qeyd edək ki, İlham Əliyevin hazırda "Qala-R.L” MTK, "NLT” MMC, "Premium Store” MMC, "Servis” Mənzil-Tikinti Kooperativi, "E&S” MMC, "Aqua Safe”, "Dry Tech”, "Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.
Xatırladaq ki, İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.
Haqqında şikayətlər bitməyən “German Hospital” kimindir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.