"Əvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İndi isə yas mərasimi üçün götütürlər. İnsan bilmir ölüsü ilə məşğul olsun, yoxsa camaatı yola salsın. Camaat gəlib aş gözləyir. Bu düzgün olan bir şey deyil. Başsağlığı üçün gəlmisən, qarnını doyurmağa yox".
Den.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, yas mərasimində yemək verməyən ailələrin qınaqla üzləşdiyini də qeyd edib:
"Qınayanlar var, amma başınıza gələndə biləcəksiniz. Qarğış mənasında demirəm. Çünki hər bir ailədə baş verə biləcək hadisədir. Qınamaq ayıbdır. Elə insanlar var ki, deyir nahara yasa gedəcəyəm, qəşəng yeyib gələcəyəm. Yasda ən yaxşısı çay, halva, qənd və konfet verməkdir. Çünki insanlar onsuz da mənəvi yükün altındadır, üstəgəl də maddi yükün altına girirlər ki, qonşu filankəs "atasının yasında yemək vermədi" deməsin".
"Yas mərasimi üçün kredit götürürlər"- Aytən Səfərova

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.