17 
apr
2024
09:55
424

Aytən Səfərova qəzaya düşdü: ölən var - VİDEO - YENİLƏNİB

17 apr, 2024
09:55
424

Aytən Səfərova qəzaya düşdü: ölən var - VİDEO - YENİLƏNİB

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.
 
Qurumdan Den.az-a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə bildirib ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.
 
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
 
Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

***

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“Den.az” xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar