Rusiyanın Həştərxan vilayətində 8 yaşlı oğlan və 13 yaşlı qızın "toy" görüntüləri sosial şəbəkələrdə böyük əks-səda doğurub.
Aralarındakı boy fərqinə görə rəqs etməkdə çətinlik çəkən uşaqlar qonaqlar tərəfindən alqışlanıb, ətrafda rəngarəng işıqlar və atəşfəşanlıq diqqəti cəlb edib.
Den.az xəbər verir ki, yerli KİV-lər qeyri-qanuni toyu qaraçı icmasından olan iki ailə arasında, qızın anası tərəfindən təşkil edildiyini yazıb.
Rusiya Dövlət Dumasının Ailə Müdafiə Komitəsinin rəhbəri Nina Ostanina hadisəyə sərt reaksiya verib.
"Rusiya vətəndaşı olan hər kəs ölkə qanunlarına riayət etməlidir, qaraçı olmayan ailələri uşaq istismarına görə cəzalandırırıqsa bu ailələri gözardı edə bilmərik".
Qeyd edək ki, Rusiyada evlənmək üçün minimum yaş həddi 18-dir. Yalnız xüsusi hallarda 16 yaşlı yeniyetmələrin yerli hakimiyyət orqanlarının razılığı ilə evlənməsinə icazə verilir. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
8 yaşlı bəylə 13 yaşlı gəlinin TOYU: ölkə ayağa qalxdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.