Sosial şəbəkələrdə çoxlu sayda balığın sahilə çıxması ilə bağlı görüntülər yayılıb. Görüntülərə yazılan şərhlər diqqət çəkib. Belə ki, izləyicilər adətən balıqların çoxlu sayda sahilə çıxmasını zəlzələ əlaməti kimi qeyd ediblər. Deyiblər ki, balıqların quruya çıxması güclü və dağıdıcı zəlzələnin xəbərçisidir.
Den.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bunu təsdiq edib.
O deyib ki, balıqların sahilə çıxması zəlzələdən xəbər verir:
"Deyilənlər realdır. Doğrudan da əgər çoxlu sayda balıq suyu tərk edir, deməli, zəlzələ baş verəcək. Onlar zəlzələdən qorxurlar. Məsələn, balıqların "intiharı" hansı ölkədə görülübsə, zəlzələ də orada baş verəcək. Sudan çıxmaqla dövlətə xəbərdarlıq etmiş olur".
Ekoloq ölkədə hər gün zəlzələnin baş verdiyini vurğulayıb:
"Azərbaycanda mütəmadi olaraq zəlzələ baş verir. Məsələn, il ərzində dənizdə bəlkə də min dəfə xırda zəlzələ olur. Onların da qorxusu yoxdur. Onu da deyim ki, 2 il Türkiyədə baş verən güclü zəlzələ bizdə baş verməyəcək".
Bu əlamət vahimə yaratdı: Azərbaycanda güclü zəlzələ gözlənilir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.