Xaçmazda şəxsiyyətlər parkı əsaslı təmir olunub
"Den.az" -ın yerli bürosunun məlumatına görə, əsaslı təmir olunan Şəxsiyyətlər parkında yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfalt örtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və bir qrup ziyalı əsaslı təmir olunan parkda yaradılan şəraitlə tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərində, eləcədə qəsəbə və kəndlərdə abadlıq, quruculuq işlərinin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
Sakinlər yaradılan şəriti yüksək qiymətləndirib, görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Parkın mərkəzindən keçən avtomobil yolunun bərpa edilməsi isə sürücülər Heydər Əliyev prospekti ilə birbaşa hərəkət etməsinə imkan yaradır.
Həmçinin parkı iki hissəyə ayıran yeni avtomobil yolu inşa edilib. Yeni yol sürücülərə Heydər Əliyev prospekti ilə birbaşa hərəkət imkanı yaradır.
Nüşabə Mikayılqızı
Den.az
Xaçmazın şəxsiyyətlər parkı-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.