Artıq bir aydan çoxdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər postu boş qalıb. Yeni təyinatın olmaması bir sıra suallar yaradıb. Son günlər qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilə biləcəyi istiqamətində fikirlər səsləndirilir.
Bu, mümkündür? İş prinsipi baxımından nə qədər real görünür?
Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, sözügedən qurumların birləşdirilməsi mümkündür:
“Açığı, Azərbaycanda nazirlik sayı çoxdur. Fikrimcə, bəziləri ilə bağlı tədbirlər görülə bilər. Məsələn, Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti isə Maliyyə Nazirliyinin tərkibinə daxil edilməlidir. Çoxsaylı dəyişikliklərə ehtiyac var”.
Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işləməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir:
“Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.
Azərbaycanda bu nazirliklər BİRLƏŞDİRİLƏ BİLƏR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.