“Təmiz-Qaz” QSC-də Məsuliyyətsizlik Problemi... “Təmiz-Qaz” Qapalı Səhmdar Cəmiyyəti özünü qaz sistemləri və avadanlıqlarına texniki baxış və dəstək sahəsində peşəkar və ixtisaslaşmış bir qurum kimi təqdim edir. Amma bu peşəkarlıq və ixtisaslaşma sözü, görünür, yalnız kağız üzərində qalır. Den.az xəbər verir ki, bu barədə Sumqayit.tv-yə daxil olan şikayətdə bildirilib. “Belə ki, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən yaşadığımız binanın blokunda qaz sayğaclarının quraşdırılması həyata keçirildi. Təəssüf ki, aparılan bu iş nə peşəkarlıqdan, nə də səliqədən xəbər verir. Yaşadığım Sumqayıt şəhər 10-cu mikrorayon, ev 2, mənzil 59-un giriş qapısının düz qarşısına yerləşdirilən qaz sayğacı qapının normal açılmasına ciddi maneə yaradır. Qapı hər açıldığında səliqəsiz və zövqsüz quraşdırılan sayğaca toxunur, bu isə mənzillərdə yaşayan sakinlər üçün narahatlıq deməkdir. Ən azı mənzilə iri qabaritlı əşiya daşıyarkən maneəçilik yaradır.” Şikayətçi bildir ki, problemlə bağlı Sumqayıt Regional Mərkəzinə müraciət etdim. Amma daha acınacaqlısı orada yaşandı. “Özünü mərkəzin müdir müavini kimi təqdim edən şəxs, məsuliyyətdən yayınaraq “problem bizim deyil, sizin probleminizdir” cavabını verdi. İctimaiyyətə müraciət edəcəyimi dedikdə isə “əlindən nə gəlir onu et!” kimi hörmətsiz və qeyri-etik ifadələr işlətdi.” Bu isə onu göstərir ki, sözügedən Regional Mərkəzin əməkdaşları nəinki öz qüsurlarını düzəldir, elementar abonentlə danışmaq qaydalarına belə riayət etmirlər. Bəs bu cür münasibətə, vətəndaş rahatlığını saymamağa nə ad vermək olar? Buradan aidiyyəti qurumlara, medianın diqqətinə və vətəndaş cəmiyyətinə müraciət edirəm: “Təmiz-Qaz”ın Sumqayıt Regional Mərkəzində baş verən bu məsuliyyətsizliklə bağlı tədbir görülsün. Biz bu cür yanaşmaya susduqca, daha böyük haqsızlıqlar baş verəcək. Qaz kimi vacib və təhlükəli sahədə çalışan qurumların hər addımı ölçülüb-biçilməlidir. Amma görünən odur ki, bəzi əməkdaşlar nə ölçür, nə biçir, nə də cavabdehlik daşıyır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... Ellada Rəsul Den.az
“Təmiz Qaz” yoxsa PAZ? -ŞİKAYƏT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.