29 
may
2023
13:42
186

Lənkəranda çimərlikdə mina aşkarlanıb

29 may, 2023
13:42
186

Lənkəranda çimərlikdə mina aşkarlanıb

Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.

Den.az-ın yerli bürosunun məlumatına görə, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.

Əraziyə mütəxəssislər cəlb ediliblər. İnsanlar təxliyə edilərək ərazidə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə suyun səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar