Biz (ərazilərin minalardan təmizlənməsində - red.) dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində belə artıq dronlar var. Bu, bizə böyük kömək olur. Biz dərk edirik ki, bu, çox uzun prosesdir.
Den.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Ermənilərin bizə qarşı terrorunun davam etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz minalardan təmizlənməmiş əraziləri təcrid etmişik və azad olunmuş ərazilərə giriş hələ də məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdacaqsa, onlar çox ehtiyatlı olmalıdırlar”.
Azərbaycan Prezidenti keçmiş məcburi köçkünlərə, həmvətənlərimizə müraciət edərək bildirib ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir.
İlham Əliyev keçmiş məcburi köçkünlərə MÜRACİƏT ETDİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.