Son 10 ay ərzində Sumqayıt şəhərində ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Den.az xəbər verir ki, şəhərə ümumilikdə 44 ədəd iri tutumlu, komfortlu və ekoloji baxımdan təkmilləşdirilmiş yeni avtobuslar gətirilib. Onlardan 34-ü "Yutong", 10-u isə "Akia" markalıdır.
Yeni avtobuslar müasir tələblərə tam cavab verir. Onlar yayda soyutma, qışda isə isitmə sistemi ilə təmin olunub. Bu yenilik şəhər sakinlərinin rahat və təhlükəsiz şəraitdə səyahət etməsinə geniş imkan yaradır.
Görülən işlər Sumqayıt şəhər rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında, vətəndaş məmnunluğu prinsipi ilə həyata keçirilib. Sakinlər ictimai nəqliyyatda hiss edilən bu keyfiyyət dəyişikliyindən son dərəcə razıdır. Onlar bu şəraitin yaradılmasına görə ölkə rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Sumqayıtın nəqliyyat sistemində tətbiq olunan bu yenilik şəhərin ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir və gələcəkdə daha genişmiqyaslı layihələrlə davam etdirilməsi nəzərdə tutulur.