8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər keçirilib.
DenMedia.az xəbər verir ki, axşam saatlarında isə möhtəşəm bayram konserti ilə tədbirlər proqramı davam edib.
Açıq havada təşkil olunan konsertdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə şəhər sakini iştirak edib.
Qələbənin beşinci ildönümünə həsr olunan konsert proqramı respublikanın sevilən incəsənət ustalarının çıxışları ilə yadda qalıb. Səhnədə Azərbaycan Respublikasının Xalq Artistləri – Röya Ayxan, Miri Yusif, Mübariz Tağıyev, Fidan Hacıyeva, eləcə də Əməkdar Artistlər – Mətanət İsgəndərli və Təyyar Bayramov, həmçinin tanınmış vətənpərvər nəğmələrin ifaçısı Şəmistan Əlizamanlı çıxış ediblər.
Gecənin aparıcılığını televiziya məkanının tanınmış simaları – Saleh Bağırov və Lalə Azərtaş edib.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.



































