Yaxın Şərqdə baş verən “qanlı yağışlar” kimi tanınan son hadisələrə Əhdi-Cədiddə işarə edilir.
Denmedia.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr iddia edir ki, Müqəddəs Kitabda təsvir edilən çayların və su hövzələrinin rənginin dəyişməsi dünyanın sonunu göstərən əlamətlərdən biri hesab olunur.
Xüsusilə, ilahiyyatçı Yəhyanın “Vəhy” kitabının 16-cı fəslində (Apokalipsis) suyun qana çevrilməsindən bəhs olunur.
Qeyd edək ki, bir qədər əvvəl İranın Hörmüz adasında güclü yağışlar nəticəsində Qırmızı Çimərlik kimi tanınan sahil hissə parlaq qırmızıya çevrilib.
Globalinfo.az

