Kəlbəcər ərazisində Qafqaz Albaniyasının tarixi irsi ilə bağlı tədqiqatlar aparılacaq.
DenMedia.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bəyan edib.
Onun sözlərinə görə, Tarix və Etnoqrafiya İnstitutu Qərbi Azərbaycanla bağlı araşdırmalarda mühüm nəticələr əldə edib, Fəlsəfə və Sosiologiya İnstitutu isə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində uğurla fəaliyyət göstərir.
İ. Həbibbəyli qeyd edib ki, Tarix və Etnoqrafiya İnstitutu, eləcə də Şərqşünaslıq İnstitutu regionun tarixi xəritəsinin bərpası üçün yüksək potensiala malikdir və bu istiqamətdə tədqiqatların sürətləndirilməsinin vacibliyini vurğulayıb.

