Azərbaycanda hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dəniz və Liman Nəqliyyatı Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Onun sözlərinə görə, mövcud hava şəraiti səbəbilə bütün limanlara giriş və çıxış dayandırılıb, yerli və xarici bayraq altında üzən bütün gəmilər lövbər dayanacaqlarında və sığınacaqlarda yerləşdirilib.
“Hava şəraiti ilə əlaqədar bütün limanlara giriş-çıxış bağlanıb, yerli və xarici bayraq altında üzən bütün gəmilər lövbər dayanacaqlarında və sığınacaqlarda yerləşdirilib”, — deyə Pərvanə İmanova Reporta bildirib, DenMedia.az xəbər verir.

