Azərbaycanda “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara dəyişikliklər qəbul edilib. Qərar bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib.
Dəyişikliklərə əsasən, ödənişli avtomagistrallarda:
-
Minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üçün maksimal sürət həddi 130 km/saat müəyyən edilir.
-
Avtobuslar, qoşqulu minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə maksimal sürət 90 km/saatı keçməməlidir.
Bundan əlavə, dəyişikliklərə görə, cərimə meydançasına aparılaraq saxlanılan nəqliyyat vasitəsi müəyyən edilmiş ödəniş ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Mühafizə olunan dayanacaqda saxlanma haqqı isə avtomobilin meydançaya yerləşdirildiyi gündən deyil, növbəti gün saat 00:00-dan etibarən hesablanacaq.

