Bakıda əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra magistral yollarda sürət rejimi azaldılıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, paytaxtda hazırda müşahidə olunan şaxtalı hava səbəbindən Zığ dairəsi – hava limanı avtomobil yolunda maksimal icazə verilən sürət 40 km/saat, Heydər Əliyev prospekti – Mərdəkan – Zuğulba – Bilgəh magistralında isə 20 km/saat azaldılıb. Ümumilikdə qeyd olunan yollarda maksimal sürət 70 km/saat səviyyəsində müəyyən edilib.
Məlumata görə, məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib və “sürüşkən yol” nişanı aktivləşdirilib.
“Sürücülərdən müəyyən edilmiş sürət məhdudiyyətlərinə əməl etmələri xahiş olunur”, — məlumatda vurğulanır.

