Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir.
İkinci Qədr gecəsi ramazan ayının 20-dən 21-nə, yəni martın 10-dan 11-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim islam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.

