Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində “NomadMania” klubunun təsisçisi və rəhbəri Harri Mitsidis başda olmaqla beynəlxalq səyyahlar Laçın şəhərinə gəliblər.
Səfər zamanı qonaqların Laçında “Yurd Qalereyası” və “Gilabi Ceramics” mərkəzi ilə tanış olacağı, həmçinin yerli sakinlərin əl işlərinə baxış keçirəcəyi bildirilir.
Bundan əlavə, proqram çərçivəsində şəhər üzrə ekskursiya, yaradılmış şəraitlə tanışlıq və aparılan tikinti-bərpa işlərinin təqdimatı nəzərdə tutulur.

