Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində Laçın rayon sakinləri Elnurə Asif qızı Əliyeva və Günay Pənah qızı Rüstəmova üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Elnurə Əliyeva üçün poliqrafiya xidmətləri sahəsində kiçik ailə biznesi, Günay Rüstəmova üçün isə un məmulatlarının istehsalı üzrə kiçik təsərrüfat yaradılıb. Proqram iştirakçıları doğma torpaqlara qayıtmaqdan və burada ailə biznesi qurmaqdan məmnun olduqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aktiv məşğulluq proqramlarından biri özünüməşğulluq proqramıdır və bu proqram mühüm sosial-iqtisadi əhəmiyyət daşıyır. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köçürülmüş 759 nəfər, o cümlədən Laçına köçürülmüş 85 nəfər üçün mallar və materiallar şəklində aktivlər təqdim olunaraq kiçik ailə təsərrüfatları yaradılıb.
Anar Əliyev Laçında yaradılan kiçik ailə biznesləri ilə tanış oldu - FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.




