Azərbaycanda bütün təhsil müəssisələrində tədris prosesi sabahdan etibarən yenidən başlayır.
Novruz və Ramazan bayramları ilə əlaqədar elan olunan tətil artıq başa çatır.
Xatırladaq ki, 20–30 mart tarixləri qeyri-iş günləri elan olunmuşdu və həftəsonları ilə birlikdə ümumi istirahət müddəti 11 gün təşkil edib.
31 mart bayram tətilindən sonra ilk iş günü olacaq.

