Bakı şəhərində Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində hərəkət zolaqlarının sayı 5-ə çatdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AYNA məlumat yayıb.
Bildirilib ki, bu dəyişiklik həmin yol hissəsinin buraxılış qabiliyyətini artırmağa imkan verib.
Qeyd olunub ki, hərəkət vətəndaşların müraciətləri nəzərə alınaraq optimallaşdırılıb.


