Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkədə boşanmaların sayının artmasının əsas səbəbini ailə modelinin dəyişməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Azərbaycanda boşanmalar hələ də yüksək səviyyədə qalır və bunun səbəbləri çox vaxt iqtisadi və sosial amillərlə izah olunur. Lakin Məmmədov qeyd edib ki, əsas faktor xarici ideya və dəyərlərin ənənəvi ailə modelini transformasiya etməsidir.

