Dünyagörüşündəki ciddi fərqlər və bu zəmində yaranan münaqişələr çox vaxt boşanmalara gətirib çıxarır. Bu barədə aif.ru-ya psixoloq Mixail Xors bildirib. Onun sözlərinə görə, yaş fərqi və ya sosial status adətən ailə xoşbəxtliyinə mane olmur.
Psixoloq qeyd edib ki, ayrılıqlar ən çox münaqişələr və mənfi emosiyalar üzərində işləmək istəməmək səbəbindən baş verir.
“Əgər insanlar öz baxışlarında sərt və kompromisssizdirsə, yaşın, gəlirin və digər amillərin əhəmiyyəti qalmır — onlar dünyagörüşü üzərində daim mübahisə edəcəklər”, — deyə Mixail Xors vurğulayıb.
Onun fikrincə, həyata baxışların və gələcək planların oxşarlığı möhkəm münasibət üçün çox vacibdir. Psixoloq əlavə edib ki, kompromis tapmaq bacarığı güclü nikahın əsas açarlarından biridir.

