Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti 86 əcnəbi vətəndaşın deportasiya edildiyini bildirib.
Qeyd olunub ki, deportasiya olunan şəxslərin hamısına Gürcüstan qanunvericiliyinə uyğun olaraq ölkəyə təkrar giriş qadağası tətbiq edilib.
Ölkədən çıxarılanlar arasında Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrin vətəndaşları var.
Deportasiya edilən şəxslərlə bağlı Gürcüstan qanunvericiliyinə əsasən ölkəyə girişə məhdudiyyət qoyulub.

