Biləsuvar növbəti Hind toyuğu Festivalı keçiriləcək.
Bu barədə Den.az-a rayon icra hakimiyyətindən məlumat verilib.
Belə ki, 25 noyabr 2023-cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və "Azeri Home Chef" şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir.
Artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcəkdir.
25 noyabrda Biləsuvar Mərkəzi Parkında keçiriləcək Hind toyuğu Festivalının möhtəşəm şənliyində həmişə olduğu kimi bu il də, Azərbaycanın müxtəlif bölgələrindən olan yerli və xarici qonaqlar iştirak edəcəkdir.
Biləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.