Rusiya ordusunun Xarkova endirdiyi zərbələr nəticəsində həlak olduğu bildirilən Azərbaycan vətəndaşı Fatimə Hüseynovanın nəşi bu gecə Vətənə gətiriləcək.
DenMedia.az apa-ya istinadən xəbər verir ki,2003-cü il təvəllüdlü Fatimə Hüseynova Kürdəmir rayonunun Ərəbqubalı kəndindən olub. O, Bakıda doğulub və böyüyüb.
Məlumata əsasən, Fatimə Hüseynova Xarkov Milli Tibb Universitetinin VI kurs tələbəsi olub. O, diplomunu almaq üçün Xarkova gedibmiş.
Fatimə Hüseynovanın sabah səhər doğulduğu Ərəbqubalı kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

