Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.
Denmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, villa 20 sot torpaq sahəsində yerləşir və ümumi sahəsi 650 kvadratmetrdir.
Məlumata görə, bağ evi 10 otaqdan ibarətdir.
Mülkün satış qiyməti isə 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib.
Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satışa çıxarıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Aftandil İsrafilov 2023-cü ilin aprelində, 82 yaşında vəfat edib.

