2015-ci ildə vəfat edən məşhur türkiyəli musiqiçi və bəstəkar Kayahan Açarın Balıkesirin Gömeç rayonunda yerləşən “Gönül Köşkü” adlı evi satışa çıxarılıb.
Habertürk-ün məlumatına görə, Kayahanın həyatının mühüm hissəsini keçirdiyi və bir çox mahnısını bəstələdiyi mülk üçün 130 milyon TL qiymət müəyyən edilib.

“Gönül Köşkü” tək bir evdən ibarət deyil. 1609 kvadratmetrlik ərazidə bir-birinə bitişik 5 ayrı ev yerləşir. Hər ev 5 otaq və 1 salondan ibarətdir.

Mülkün əsas üstünlükləri arasında dəniz mənzərəsi, hovuz və geniş yaşıllıq sahələri var.

Evin xüsusi əhəmiyyəti isə Kayahanın bir çox məşhur əsərini məhz burada yaratması ilə bağlıdır. Bu səbəbdən “Gönül Köşkü” yalnız daşınmaz əmlak deyil, həm də sənətçinin yaradıcılıq tarixinin bir hissəsi hesab olunur.

