Jurnalist Aida Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat verərək artıq vəzifəsinin icrasına başladığını bildirib.
Qeyd edək ki, Aida Əliyeva Azərbaycan televiziya tarixində futbol üzrə dünya çempionatının oyunlarını şərh edən ilk iki qadın jurnalistdən biri kimi yadda qalıb.

