Azərbaycanda ilk dəfə qadınlar futbol üzrə dünya çempionatının oyunlarında şərhçi kimi çıxış edəcəklər. Bu barədə CBC Sport telekanalının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kanalın əməkdaşları Səmra Əliyeva və Aida Əliyeva dünya çempionatının oyunlarında debüt edəcəklər.
Səmra Əliyeva Kürasao – Kot-d'İvuar, Aida Əliyeva isə Panama – İngiltərə qarşılaşmasını şərh edəcək.
Hər iki oyunda onlarla birlikdə müvafiq olaraq Süleyman Vəliyev və Ramiz Mirzəzadə də çalışacaq.

