Bakıda keçirilən “Formula 1” yarışları ilə əlaqədar sentyabrın 24-dən 26-dək Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yarış günlərində sərnişin axınının tənzimlənməsi məqsədilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə əməkdaşlar xidmət göstərəcəklər.
Sentyabrın 24-dən 25-nə və 25-dən 26-na keçən gecələrdə sözügedən üç stansiya sərnişinlərin girişinə saat 01:00-dək açıq olacaq.
Metronun Yaşıl və Bənövşəyi xətlərində qatarların hərəkəti adi rejimdə təşkil ediləcək.
Qırmızı xəttin digər stansiyalarında isə sərnişinlərin girişi saat 00:00-da dayandırılacaq.

