Bakı Beynəlxalq Caz Festivalının təsisçilərindən biri, tanınmış iş adamı Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib.
Bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.
Nuri Əhmədovun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Nuri Əhmədov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
O, 1995–2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru vəzifəsində çalışıb.

