İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti köç karvanı bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Denmedia.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 9 ailə — 60 nəfər, Xocalı şəhərinə 17 ailə — 78 nəfər, Xocavənd şəhərinə isə 16 ailə — 55 nəfər köçürülür. Apa.az
Beləliklə, ümumilikdə 42 ailə, 193 nəfər doğma yurduna qayıdır.
Geri qayıdan ailələr indiyədək ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.
Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, həlak olmuş hərbçilərin xatirəsini yad ediblər.

