Oğuz rayonunda və Qaxın 13 kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 09:30-dan etibarən Qax rayonunun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar, Qorağan, Almalı, Dəymədağlı, Cəlayer, Qıpçaq, Qaysarlı, Qaratala, Uzuntala və Kötüklü kəndlərində qaz təchizatı dayandırılacaq.
Oğuz rayonunda isə saat 10:00-dan etibarən qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.

