Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Denmedia.az xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilrən humanitar yükün qiyməti 2.5 milyon manatdır və tərkibinə kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynaya növbəti humanitar yardım partiyasının yola salınması mərasimində bildirib ki, Kiyev Bakının dəstəyini, xüsusilə də Ukraynanın enerji sisteminə ciddi ziyan vuran hücumlar fonunda yüksək qiymətləndirir.
"Biz Azərbaycanın dəstəyini çox yüksək qiymətləndiririk. Ölkəmizə edilən bu yardıma görə Prezident İlham Əliyevə, hökumətə və Azərbaycan xalqına minnətdarıq. Bunu heç vaxt unutmayacağıq və sizin qardaş dəstəyinizi həmişə xatırlayacağıq",
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Nizami Rəsulov
Denmedia.az

