17 
sen
2023
15:47
242

21 yaşlı qız itkin düşüb - Foto

17 sen, 2023
15:47
242

21 yaşlı qız itkin düşüb - Foto

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Den.az”-a verilən məlumata görə, Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

E. Əhmədovanın əlamətləri belədir: boyu 162 sm, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər, 050-341-05-58 və 070-270-00-02 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar