10 
apr
2024
12:20
89

16 yaşlı qız itkin düşdü - FOTO

10 apr, 2024
12:20
89

16 yaşlı qız itkin düşdü - FOTO

Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar, ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar